Məşhur müğənni Tina Karol Bakıya gələcək.

Axşam.az xəbər verir ki, ukraynanın xalq artisti müğənni gecə klublarının birində çıxış edəcək. Noyabrın 25-də baş tutacaq tədbirdə Tina sevilən mahnılarını səsləndirəcək.

Qeyd edək ki, Tina 2006-cı ildə “Eurovision”a qatılmış, yeddinci olmuşdu.