Xəbər verdiyimiz kimi, bu gün ATV-nin prezidenti Vüqar Qaradağlının işdən azad olunmasından sonra kanalın idarəçiliyi müvəqqəti olaraq CBC (“Caspian International Broadcasting Company”) telekanalının baş direktoru Azər Xəlilova həvalə olunub.

Oxu.Az xəbər verir ki, A.Xəlillov Bakı şəhərində anadan olub. Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunudur. 2001-ci ildən etibarən uzun müddət “BBC Azərbaycan”da çalışıb. 2012-ci ildə “ATV İnternational” televiziyasına rəhbərlik edib. 2013-cü ildən etibarən “CBC” telekanalının baş direktoru kimi fəaliyyət göstərir.

Prezident İlham Əliyevin 20 iyul 2015-ci ildə imzaladığı “Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri əməkdaşlarına fəxri adların verilməsi haqqında” sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

Məşhur telejurnalist Sevinc Osmanqızının keçmiş həyat yoldaşıdır.