ATV telekanalında baş verən proseslərdən sonra aparıcı Azər Zahid də işdən çıxarılanlar arasındadır. Modern.az xəbər verir ki, telekanalın yeni prezidenti “Yoxlama” verilişinin fəaliyyətinin dayandırıldığını və Azər Zahidin xidmətlərinə ehtiyacı olmadığını bildirib.

Turkustan.info məsələ ilə bağlı aparıcı ilə əlaqə saxlamağa çalışıb. Lakin Azər Zahid təyyarədə olduğunu və bu haqda danışa bilməyəcəyini bildirib.