Türkiyənin Diyarbəkir vilayətində PKK terror təşkilatına qarşı əməliyyat zamanı türk hərbçi həlak olub.

Trend-in məlumatına görə, terrorçularla jandarm qüvvələri arasında atışma zamanı Türkiyə hərbçilərindən 3-ü xəsarət alıb. Yaralılardan biri xəstəxanada ölüb.

Ərazidə antiterror əməliyyatı davam edir.