Faktiki hava şəraiti ilə əlaqədar hava limanı istiqamətindəki magistral yolda bütün zolaqlar üzrə surət həddi 20 km/saat enidirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mayis Ağayev sosial şəbəkədə yazıb.

O, sürücülərə yolda müəyyən edilən sürət həddini nəzərə almağı tövsiyə edib.