Bu gün Ağdamın “Qarabağ” klubu növbəti avrokubok matçına çıxıb.AzEuroNews.com-un məlumatına görə, Azərbaycan çempionu Çempionlar Liqasının qrup mərhələsinin II turunda “Roma” ilə qarşılaşıb. Oyun İtaliya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bununla belə, “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində ilk qolunu vurub. Matçın 29-cu dəqiqəsində Pedro Enrike fərqlənib.

Çempionlar Liqası

Qrup mərhələsi, II tur

C qrupu

27 sentyabr

“Qarabağ” (Azərbaycan) – “Roma” (İtaliya) – 1:2

Qollar: Pedro, 28 – Manolas, 7, Dzeko, 15