Bu gün Çempionlar Liqasının qrup mərhələsində 2-ci turun oyunlarına yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, təmsilçimiz “Qarabağ”ın rəqibləri “Atletiko” və “Çelsi” Madriddə üz-üzə gəlib. Qonaqlar son dəqiqədə vurduqları qolla qalib gələ biliblər.

27 sentyabr UEFA Çempionlar Liqası

Qrup mərhələsi, ikinci tur

A qrupu

“Bazel” (İsveçrə) – “Benfika” (Portuqaliya) 5:0

Qollar: Lanq, 7, Oberlin, 20; 69, van Volfsvinkel, 59-pen, Riveros 76

MOİK (Rusiya) – “Mançester Yunayted” (İngiltərə) 1:4

Qollar: Lukaku, 4 (0:1); Martial, 19-pen (0:2), Lukaku, 27 (0:3), Mxitaryan, 57 (0:4), Kuçayev, 90 (1:4)

B qrupu

PSJ (Fransa) – “Bavariya” (Almaniya) 3:0

Qollar: Alveş, 2, Kavani, 31, Neymar, 63

“Anderlext” (Belçika) – “Seltik” (Şotlandiya) 0:3

Qollar: Qriffits, 38, Kara, 50-avt, Sinkleyir, 90+4

C qrupu

“Qarabağ” (Azərbaycan) – “Roma” (İtaliya) 1:2

Qollar: Manolas, 7 (0:1), Dzeko, 15 (0:2), Pedro, 28 (1:2)

“Atletiko” (İspaniya) – “Çelsi” (İngiltərə) 1:2

Qollar: Qrizmann, 40-pen (1:0), Morata, 60 (1:1), Batyuişi, 90+4 (1:2)

D qrupu

“Yuventus” (İtaliya) – “Olimpiakos” (Yunanıstan) 2:0

Qollar: İquain, 69, Mandjukiç, 80

 

“Sportinq” (Portuqaliya) – “Barselona” (İspaniya) 0:1

Qol: Koates, 49-avt.