Azərbaycana ilk qar yağıb.

“Report”un Şimal bürosu xəbər verir ki, gecə saatlarında Qubada yağışla müşahidə olunan yağıntı səhərə yaxın qara çevrilib.

İlk qar əsasən Qubanın dağ kəndlərinə – dəniz səviyyəsindən 2000-metrdən yuxarı olan kəndlərə, həmçinin Buduq, Zeyid, Əlik, Cek, Haput, Qalaxidat, Xınalıq və Xaltan zonasına yağıb. Qarın hündürlüyü 5-7 sm müşahidə olunur.

Hazırda qarın yağması davam edir. Yollarda və elektrik enerjisinin verilişində problemlər yaşanmayıb.

2ea947c8-c2d9-4921-9602-07a809a0c1b8 5fe5d6d9-a971-4427-aef1-0cb059c4ffd0 a103f917-200d-4ddf-ba3d-673dd37f5e32 aaa9f58f-2826-4bd5-9876-2cc591028176 dcc517d0-ca86-4ca2-971b-dc2b6e26fc8d ec426814-220f-4a25-9e63-fe18e1d9d9f7 fcbce632-aa8c-40c7-b85b-21db83e34ac9