Meksikanın Tamaulipas ştatında maraqlı təbiət hadisəsi baş verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bölgənin Mülki Müdafə İdarəsi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, ölkənin şimal-sərgində yerləşən Tampiko şəhərində yağış damcıları ilə yanaşı, yerə balaca balıqlar düşməyə başlayıb.

İdarə yağış zamanı göydən yerə düşən balaca balıqların fotolarını yayıb.