“Star TV”də yayımlanan “Bir Hülya Avşar Sohbeti” verilişinin yeni mövsümdə ilk buraxılışı cümə günü yayımlanacaq.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, proqramın ilk qonağı müğənni Murad Bozdur. İfaçı həm şəxsi, həm də iş həyatı haqda maraqlı açıqlamaları ilə izləyicilərin marağına səbəb olacaq.

14 yaşına kimi müğənniliyə nifrət edən Murad ailəlikcə çətin günlər keçirdiyini bildirib.

Sevgilisi Aslı Enverlə bağlı sualları da cavablandıran ifaçı aktrisanın öpüşmə səhnələrinə toxunub:

“Sevdiyin insan aktrisadır. Lazım olduqda öpüşməlidir. Heç elə ola bilər ki, ürəyində “Ah, bunu etmə” deməyəsən?!”.