Aktyor Burak Özçivitlə aktrisa həyat yoldaşı Fahriye Evcen məkanların birindən çıxarkən kameralara tuş gəliblər.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, cütlük jurnalistlərin suallarını cavablandırıb. “Yarımçıq qalan bal ayımızı tamamladıq” deyən Burak müğənni Murad Bozla çəkildiyi “Kardeşim benim 2” filmindən danışıb:

“Noyabrda nümayiş olunacaq. Kərəm Bürsinlə olan filmimiz isə fevralın 23-də tamaşaçılara göstəriləcək”. Fahriye isə ərinin yeni filmi haqqında “Çox iddialı işdir. İzləyənlər təəccüblənəcək” söyləyib.

Qeyd edək ki, Özçivitlə Bürsin çəkilişləri qışda başlayacaq filmdə iki düşmən obrazı canlandıracaq.

134640_3txnybtypi