Smartfonun gecə boyu enerji ilə doldurulması cihazın işini pisləşdirir.

AzEuroNews.com lent.az-a istinadən xəbər verir ki, mütəxəssislər bu işi günorta vaxtları etmək məsləhət görülür.

Belə ki, aparılan son araşdırmalara görə, smartfonun enerji ilə doldurulması prosesinə bir çox istifadəçilər düzgün yanaşmırlar.

Mütəxəssislərin rəyinə görə, cihazın gecə enerji ilə doldurulması smartfonun şəbəkəyə qoşulma vaxtını artırır ki, bu da batareyanın uzun müddət enerji saxlamaq qabiliyyətini itirməsinə gətirib çıxarır.

Beləliklə, müəyyən vaxtdan sonra akkumulyatorun keyfiyyəti zəifləyir və o, enerjini daha az müddətdə saxlamağa başlayır.