Türkiyədə PKK can almağa davam edir.

Lent.az-ın sozcu.com.tr-yə istinadən məlumatına görə, Ağrı bölgəsində 3 əfqan qaçqının PKK terrorçuları tərəfindən qaçırlmasından sonra ordu tərfindən əməliyyatlara başlanılıb.

Əməliyyatlar zamanı PKK-çılarla ordu arasında atışma olub. Atışma nəticəsində 2 əsgər və 2 təhlükəsizlik qoruyucu şəhid olub, 8 nəfər isə ağır yaralanıb.

Yaralılar dərhal Mərkəzi Xəstəxanaya çatdırılıb.

Bundan başqa 11 terrorçunun isə məhv edildiyi bildirilib.