Fərhad ÇAĞTÜRK/ Sabah İspaniyanın Kataloniya bölgəsində müstəqillik referendumu keçiriləcək. AzEuroNews.com-un məlumatına görə, seçkiyə bir gün qala bölgədə bütün hazırlıqlar ən yüksək səviyyəyə çıxarılıb.

Müstəqillik istəyən katalonlar seçki qutularına kənar müdaxiləni də nəzərə alıblar. Belə ki, onlar qutuların oğurlanmaması, seçki mərkəzlərinə İspaniya əsgərlərinin müdaxiləsini önləmək üçün traktorlarla barikada qurublar. Yüzlərlə traktor seçki mərkəzlərinin qarşısına gətirilib.

İspaniya hökuməti isə, referenduma qanunsuz olduğu üçün müdaxilə ediləcəyi ilə bağlı anons verib. Artıq Kataloniyanın paytaxtı Barselona yaxınlığına hərbi texnika və əsgər yeridilib.1_6007_3 2_119_3 3_3685 3_4608_1 3_4717 w_1197