Türkiyənin Şimali İraqa tətbiq olunacaq sanksiyalarla bağlı planları var.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Biz İran və İraqla ortaq addımlar ataraq, bu planları həyata keçirəcəyik. Bütün seçimlər gündəmimizdədir. “Bunu etməyəcəyik” deyə bir şey yoxdur. İrana səfər zamanı bu məsələləri geniş şəkildə müzakirə edəcəyik”, – Ərdoğan bildirib.

Türk mediası Ərdoğanın bu açıqlamasını Şimali İraqa hərbi müdaxilənin gündəmdə olması kimi qiymətləndirib.