Məlum olduğu kimi müğənni Damlanın sevgilisi ona bağışladığı “Porsche” markalı avtomobilini əlindən alıb.
AzEuroNews.com xəbər verir ki, Yenicag.az məsələnin təfərrüatını öyrənib. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Damla 4 həftəlik hamilədir. Bildiyimiz kimi müğənninin sevgilisi olan iş adamı evlidir və iki uşağı var. Mənbənin bildirdiyinə görə, sevgililər arasında ciddi münaqişə yaşanıb. Belə ki, cütlük arasında əvvəlcədən kəsilən şərt pozulub. Belə ki, iş adamı Damlaya övlad istəmədiyini deyib. Buna baxmayaraq, müğənni hamilə qalıb. Belə olan halda, iki uşaq atası üçüncü övladının doğulmasını istəməyib və Damlaya uşağı tələf etməyi bildirib. Damla buna etiraz edib. Nəticədə, sevgililər arasında ciddi münaqişə yaranıb və “Porsche” əlindən alınıb.

Beləcə, müğənni Damla övladını “Porsche”dən üstün tutub.

Qeyd edək ki, həmin şəxsin kimliyi və hansı sahədə çalışdığı bizə məlumdur.

Xatırladaq ki, müğənninin avtomobilinin sevgilisi tərəfindən  əlindən alınması xəbərini ilk olaraq, Azxeber.com saytı yayıb.