Çinin Sıçuan əyalətində heyvanxanadan 78 timsah balası qaçıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.

Bildirilir ki, hadisə terrariumda aparılan təmir işləri zamanı baş verib. Zoopark artıq 73 sürünəni geri qaytara bilib.

Müəssisə əməkdaşlarının sözlərinə görə, qaçan timsahlar böyüməyincə insanlar üçün təhlükə kəsb etmirlər.

İtən sürünənlər nəsli tükənməkdə olan siam timsah növünə aiddirlər. Çində onlar delikates hesab olunur.