ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyaya yenidən hava zərbələri endirib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Deyr-əz-Zor əyalətinə endirilən hava zərbələri nəticəsində 12 dinc sakin həlak olub. Onlardan 5 nəfəri Abu-Kamal şəhərində, 7 nəfər isə əyalətin şərqində olan Bukrus Fukanidə həlak olub.

Məlumata görə, ölənlərdən əksəriyyəti qadın və uşaqlardır.