Bakıda dünəndən başlayan yağış küçələrdə avtomobillərin hərəkətində problemlər yaradıb. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bir sıra küçələrdə su kollektorlarının yağış suyunu ötürə bilməməsi su kütləsinin asfaltın üzərində yığılıb qalmasına səbəb olub.

Təqdim etdiyimiz video Zərifə Əliyeva adına Milli Oftomologiya Mərkəzinin keçən Cavadxan küçəsində çəkilsə də, paytaxtın bir çox prospekt və küçələrində oxşar vəziyyətdir.