Las-Veqasda naməlum şəxs şəhərin ən iri kazinolarından olan Mandalay Bayın yaxınlığında atəş açıb.

Şahidlərin sözlərinə görə, atəş açan bir neçə şəxs olub. Lakin polis rəsmi olaraq məlumatı təsdiqləməyib.

Mandalay Bayda atəş açdığı ehtimal edilən şübhəli zərərsizləşdirilib. Bu barədə şəhər polisi tvitter hesabında yazıb.

Las-Veqasın Mak-Karran aeroportu müvəqqəti olaraq işini dayandırıb.

***

Son məlumatlara görə, ölənlərin sayı 58-ə çatıb. 500 nəfərin də yaralı olduğu açıqlanıb. Yarlılardan vəziyyəti ağır olanlar var. Ölənlərin sayının artma ehtimalı olduğu bildirilir.