“Mitsubishi” şirkəti Rusiyada 90 minə yaxın avtomobilini geri çağırıb.

Trend-in məlumatına görə, bu qərar avtomobillərin şüşətəmizləyicilərində qeydə alınan qüsurlarla bağlıdır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2010-cu ilin iyulundan 2016-cı ilin yanvarınadək Rusiyada satılmış “Mitsubishi ASX” modellərinə şamil olunur.

Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.