Fransa polisi ölkənin cənubunda silahlı şəxsləri saxlayıb.

“Report” xəbər verir ki, bu barədə “Le Figaro” mənbəyə istinadən məlumat yayıb.

Xəbərdə bildirilir ki, onların olduğu avtomobildə doldurulmuş “Kalaşnikov” avtomatı və onun mərmiləri, habelə qumbaraatan aşkarlanıb.

Nəşrin məlumatına görə, silahlı şəxslər Marsel yaxınlığındakı Por-de-Buk yaşayış məntəqəsində, polis əməkdaşlarının şübhəli şəxslərin avtomobilinə baxışı zamanı saxlanılıblar.