Qubada qarlı hava şəraiti davam edir. Bu barədə Modern.az-a Quba rayonunun icra başçısı yanında Fövqəladə komissiyanın sədri Yusif Abidov məlumat verib.

O qeyd edib ki, hazırda rayonda yağan qarın hansısa fəsad törətmə ehtimalı yoxdur:

“Bu payız qarıdır. Hələ ki ciddi problem yaratmayıb. Rayonda qaz, işıq, su problemi yoxdur. Nəqliyyatın hərəkəti üçün də maneə yaranmayıb”.

Y.Abidov gecə saatlarında yağıntının intensivləşdiyini bildirib:

“Əsasən dağlıq ərazilərdə, Xınalıqda temperatur aşağıdır, qar nisbətən çoxdur. Bu da ərazinin dağlıq olması ilə bağlıdır”.