Bakıda daha bir yol çöküb.

“APA-Economics” xəbər verir ki, paytaxtın Nizami rayonunda yerləşən Mehdi Abbasov küçəsinin (“İmperator” şadlıq sarayının qarşısı) bir hissəsində çökmə qeydə alınıb.
“Azəravtoyol” ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli “APA-Economics”ə açıqlamasında bildirib ki, həmin yolun altından kanalizasiya kollektoru keçir və onun istismar müddəti bitib: “Kollektorun çökməsi nəticəsində yolda çökmə baş verib. Kanalizasiya suları yol yatağını yuyub, nəticədə 2-3 metr dərinliyində quyu əmələ gəlib”.

 

Qurum rəsmisi əlavə edib ki, hadisə yerinə “Azəravtoyol” ASC-nin və “Azərsu” ASC-nin əməkdaşları cəlb olunublar. “Fəsadlar aradan qaldırılacaq. Əvvəlcə kollektorun bərpası işi aparılacaq. Bundan sonra yolun bərpası istiqamətində addımlar atacağıq”, – deyə o bildirib.
Ötən gün “Azəravtoyol” ASC-nin yaydığı məlumatda bildirilib ki, intensiv yağışlar nəticəsində dünən səhər saatlarında Yasamal rayonu, Musabəyov parkının arxasında, Mirəli Seyidov küçəsində yolda çökmə hadisəsi baş verib.

Qeyd edək ki, ötən ilin iyun-sentyabr aylarında Qara Qarayev prospektində yenidənqurma və təmir işləri aparılıb.

[youtube https://www.youtube.com/watch?v=mhrTR8BMZ7E]