Keçmiş ər-arvad, müğənni Çinarə Məlikzadə və aktyor Əlibəy Məmmədli eyni tədbirə qatılıblar.

Publika.az xəbər verir ki, eks-cütlük qarşılaşmamaq üçün sanki gizlənpaç oynayıblar. Ə.Məmmədli tədbirə yalnız gəlsə də, Çinarənin yanında prodüseri olub.

Təlaşlı və nisbətən gərgin görünən məşhurların hər ikisinə təklif gələrsə, eyni filmdə oynayıb-oynamayacaqları barədə sual ünvanladıq. Ç.Məlikzadə “Şəxsi həyatımla bağlı suallar verməyin” deyərək, sualımızı cavabsız qoydu.

Bir neçə müddət öncə Ç.Məlikzadədən boşanan Ə.Məmmədli isə suallarımıza belə cavab verdi:

“Həyatdır, ola bilər, eyni filmdə oynaya bilərik. Bunlar şəxsi məsələlərdir. Düşmən deyilik. Hazırda danışmırıq. İnsan kimi ailə qurmuşduq, insan kimi də ayrılmışıq. Bir-birimizə kinimiz yoxdur. Münasibətimiz də normaldır. Eyni filmdə oynamaqla bağlı təklif gəlsə, qəbul etmərəm”.

Qeyd edək ki, evlilik müddətləri bir il çəkməyən cütlüyün bu nikahdan övladı yoxdur.