Dünyada turizmdən ən çox gəlir əldə edən şəhərlərin siyahısı hazırlanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 132 şəhərin daxil olduğu siyahı Dubay başçılıq edir.

2016-cı ildə 14,9 milyon turistin ziyarət etdiyi şəhər 28,5 milyard dollar gəlir əldə edib. Hər turist burada orta hesabla 1912 dollar xərcləyib ki, Dubay bu sahədə də lider olub.

İkinci pillədə isə 17 milyard dollarla Nyu-York yer alıb.

İlk beşliyi təqdim edirik:

1. Dubay – 28,5 milyard dollar

2. Nyu-York – 17 milyard dollar

3. London – 16 milyard dollar

4. Sinqapur – 15,7 milyard dollar

5. Banqkok – 14,1 milyard dollar