Türkiyə prezidenti İranın paytaxtı Tehranda iranlı həmkarı Həsən Ruhani ilə görüşüb.
“Ölkə.Az” xəbər verir ki, görüşdən sonra iki prezident mətbuat konfransı keçirib. Konfransda çıxış edən Ərdoğan İraq və Suriya məsələsinə də toxunub. Hər iki dövlət başçısı İraq və Suriyanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan ediblər.
Ərdoğan deyib: “Həmsöhbətimiz İraqın mərkəzi hökumətidir. Şimali İraqa qarşı bundan sonra şərtləri daha da sərtləşdirəcəyik. Referendum addımı Şimali İraq yerli idarəetmə orqanını yalnızlığa məhkum edəcək. İran və Türkiyə bu məsələdə qərarlıdır. Bu referendumu qeyri-qanunidir. Mossadla masaya oturub verilən qərar qeyri-qanunidir”.