Türkiyəli aktrisa Tuvana Türkay sevgilisi  “Fənərbaxça” klubunun futbolçusu Alper Potukun bahalı hədiyyəsindən imtina edib.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, aktrisa ad günü münasibəti sevgilisinin ona aldığı 520 min lirə (təxminən 250 min manat) dəyərində olan “Audi A5” markalı avtomobili qəbul etməyib.

27 yaşını qeyd edən Tuvana sevgilisinin bu jestindən “Çox bahalı hədiyyədir. Təəssüf ki, qəbul edə bilmərəm”,-deyə söyləyib.