Hollandiyanın müdafiə naziri Janin Hennis, BMT qüvvələri daxilində Malidə xidmət göstərən iki əsgərin qəza nəticəsində həlak olmasından sonra siyasi məsuliyyət daşıdığını bildirərək istefa verib.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, onunla birlikdə Hollandiya Baş Qərargah rəisi Tom Middentrop da vəzifəsindən getdiyini açıqlayıb.

Qeyd edək ki, Hollandiya BMT-nin Malidə siyasi sabitlik yaratmaq məqsədilə saxladığı beynəlxalq qüvvələrə hərbi dəstək verən ölkələrdəndir.

2016-cı ilin iyulunda Kidal qəsəbəsində bir əməlliyyat zamanı baş vermiş qəzada iki əsgər ölmüş, biri ağır yaralanmışdı.

Qəza ilə bağlı Hollandiya Təhlükəsizliyi Araşdırma qurumunun hazırladığı hesabat keçən həftə açıqlanıb. Hesabatda deyilir ki, Hollandiyanın Malidəki qüvvələrinin təhlükəsizlik məsələsində ciddi çatışmazlıqları var.