Fərhad ÇAĞTÜRK/ Sabunçu rayonunda qanlı hadisə baş verib. AzEuroNews.com-un məlumatına görə, rayonun Maştağa qəsəbəsi Nizami küçəsində yaşayan 29 yaşlı Hüseynova Oksana Ağabəy qızı çox saylı xəsarətlərlə xəstəxanaya gətirlib. Həkimlər ona tibbi yardım göstəriblər. Yardım sonra vəziyyəti qənaətbəxş olan Oksana Hüseynova palataya yerləşdirilib. Hadisə barədə polisə məlumat verilib. Zərərçəkən polisə ifadəsində evində işləyən iki usta tərəfindən döyüldüyünü bildirib. 14-cü polis bölməsini əməkdaşları həmin ustaların kimliyini müəyyənləşdirir. Faktla əlaqədar araşdırmalara başlanılıb.