Bir-neçə gündür yağan aramsız yağışlar dağlıq və dağətəyi rayonlarda sel suları yaradıb və sürüşmə zonalarını aktivləşdirib.

“Qafqazinfo” “Azəravtoyol” ASC-nin saytına istinadən xəbər verir ki, Lerik rayonunda sel sularının yaranması və sürüşmənin aktivləşməsi nəticəsində Lənkəran-Lerik avtomobil yolunun bir-neçə nöqtəsində dağ yamaclarından yolun hərəkət hissəsinə qaya parçaları, palçıq və ağac tökülüb. Nəticədə avtonəqliyyat vasitələrinin hərəkətində problümlər yaranıb.

Əraziyə dərhal “Azəravtoyol” ASC-nin əməkdaşları və ağır texnikası cəlb olunub.

Qısa müddət ərzində yolun hərəkət hissəsi qaya, palçıq və ağac qalıqlarından təmizlənərək avtonəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. Hazırda yol nəzarət altında saxlanılır.