Fərhad ÇAĞTÜRK/ Hollandiyada iş şəraitlərinin yaxşılaşdırılması və maaşlarının artırılmasını istəyən minlərlə müəllim tətil edir. AzEuroNews.com-un məlumatına görə, Lahey şəhərinə toplaşan ölkənin müxətlif yerindən olan müəllimlər mitinq keçiriblər.

Tətil səbəbi ilə ölkənin bir çox böyük şəhərində dərslərə ara verilib. Ölkənin Daxili İşlər Nazirliyi tərəfindən verilən açıqlamaya görə, Laheydə təşkil olunan mitinqdə 50 mindən çox müəllim iştirak edib.

Mitinq iştirakçıları maaşlarının artırılmasını, məcburi dərs saatlarının azadılması və iş şəraitinin yaxşılaşdırılmasını tələb ediblər.

12_8981 123_1141 123_2252_1 123_7755