Ötən gün Xəzər TV-də yayımlanan “5-də 5” verilişinində maraqlı məqam yaşanıb.

Telekanalın 10 illiyi münasibəti ilə proqrama tort gətirən müğənni Səidə Sultan tək gəlmədiyini deyib: “Bura bir dənə qəşəng “çuvak”la gəlmişəm. Boyunu görsəniz şoka düşəcəksiniz”. Daha sonra “Canıma yazıq” mahnısını ifa edən Səidə səhnədə xüsusi geyimli rəqqasla performans sərgiləyib. S.Sultan çıxışını bitirdikdən sonra Z.Kamalın ona ünvanladığı sual ifaçını çıxılmaz vəziyyətə salıb: “Bunu çarpayıya necə uzadırsan? Ay qız özünün boyu balacadır nə edirsən bu boyda birini?”. İlk sualı cavabsız qoyan ifaçı aparıcının ikinci sualını belə cavablandırıb: “Məni hər zaman boyu uzun adamlar çox istəyir”.