Aktyor İlham Qasımov yeni film çəkir.

Axşam.az-ın məlumatına görə, ekran işi “Tayson” adlanır. Bu haqda İ.Qasımov sosial şəbəkədə yazıb.

O bildirib ki, filmdə Kamran Ağabalayev, Elməddin Cəfərov, Elşən Orucov, Zarina Qurbanova və başqaları rol alacaqlar.

Komediya janrında olan filmin çəkilişlərinə başlanılıb.

Qeyd edək ki, “Bozbash pictures”də yaratdığı “Fəlakət” obrazı ilə tanınan E.Orucov eyni zamanda “Bir xalanın sirri”ndə çəkilir.