Fərhad ÇAĞTÜRK/  Almanlar miqrant axınının durdurlmasını istəyir. AzEuroNews.comun məlumatına görə,  bu barədə Almaniyada fəaliyyət göstərən “YouGov” şirkəti məlumat yayıb.

Məlumatda deyilir ki, şirkət ölkə boyunca almanlar arasında sorğu keçirib. Sorğu zamanı iştirakçıların partiya mənsubiyyətləri də soruşulub.

Məlum olub ki, “Xristian Demokratlar” (CDU) və “Xristian Sosial İttifaqı” (CSU) üzvləri ölkəyə miqrant axının tez bir zamanda durdurulmasının tərəfdarıdılar. Onlar bildiriblər ki, Almaniyanın hazırkı miqrant siyasəti ölkənin gələcəyini sual altında qoyub.

“Azad Demokratlar Patiyası” (FDP) üzvləri də ölkədə miqrantlarının sayının artmasını həyatlarına narahatlıq gətirdiyi fikrindədirlər. Sorğuda iştirak edən FDP-çilər bildiriblər ki,  Almaniya müharibə gedən ölkələrdən gələn miqrantların qarşısını almaq üçün onlara qonşu ölkələrdə təhlükəzilik zonası yaratsa daha məqsədə uyğun olardı.

“Almaniya üçün Alternativ” (AfD) partiya üzvləri isə, daha radikal fikirlər səsləndiriblər. Belə ki, onlar bütün miqrant və qaçqınların  tez bir zamanda gəldikləri ölkələrə qaytarılmasını istədiklərini bildiriblər.