''Can Qarabağ'' Fan klubu
''Can Qarabağ'' Fan klubu

Fərhad ÇAĞTÜRK/  Azərbaycan-Almaniya millilərinin qarşılaşmasını izləmək istəyən həmvətənlərimiz biletsiz qalıb. AzEuroNews.com-un məlumatına görə,  bu barədə Avropada “Qarabağ” futbol klubunun və Azərbaycan millisinə dəstək məqsədi ilə yaradılan “Can Qarabağ” fan klubunun təsisçilərindən olan Anar Orucov məlumat verib.

Anar Orucov
Anar Orucov

Onun sözlərinə görə, fan klub millimizin oyunu üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına  (AFFA) müraciət edib. AFFA rəhbərliyi bildirib ki, qurum “Can Qarabağ” fan klubuna millimizi stadionda dəstəkləmək üçün 53 bilet ayırıb: “Hazırda “Can Qarabağ” fan klubunun 100-dən çox üzvü var. Biz AFFA-dan 120 bilet istədik.  Onlar bizə 53 bilet verə biləcəklərini bildirdilər. Millimizə dəstək olmaq üçün bilet  məsələsi həll olunduğundan biz də arxayn şəkildə bilet sayına görə üzvlərimizə xəbər verdik. Bu gün məlum oldu ki, AFFA bizə nəinki 53, heç bir bilet də ayırmayıb. Təsəvvür edin Avropanın müxtəlif ölkələrindən oyunu izləmək üçün dəvət etdiyimiz üzvlərimizə bilet verə bilmədik”.

A.Orucov bildirib ki, oyunu izləməyə gələ bilməyən bəzi fan klub üzvləri onlara bilet dəstəyi göstəriblər: “Sağ olsunlar onların sayəsində az sayda da olsa millimizə dəstək üçün stadionda olacağıq”.

Qeyd edək ki, Almaniya – Azərbaycan matçı Almaniyanın Kayzerslautern şəhərində keçiriləcək.