“Futuremark” şirkəti “Apple”ın hər dəfə yeni iOS versiyası sayəsində köhnə model “iPhone” modellərinin bilərəkdən texniki göstəricilərini zəiflətmə barədə iddia iləçıxış edib.

“AzEuroNews” Technote-yə istinadən xəbər verir ki, şirkət 2015-ci ildən bəri “3Dmark” adlı “benchmark” saytında olan qeydlər əsasında öz istintaqını aparıb.

Həmin iddialara əsasən, şirkət yeni model “iPhone” cihazlarının daha aktiv alınması üçün hiləyə əl atır. Tədqiqat 7 “iPhone” modelini və 3 iOS versiyasını əhatə edib.

Mütəxəssislər belə hallarda psixoloji faktoru da səbəb kimi göstəriblər. Belə ki, istifadəçi öz cihazının zəiflədiyinə məhz yeni cihazın satışa çıxması zamanı fikir verir.