Suriyada iki helikopter toqquşub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Hasaki rayonunda, Təl-Bayda düşərgəsində, qərbi torpaq bəndinin yerləşdiyi ərazidə baş verib.

Məlumata görə, helikopter Əl-Bazalın şimalındakı aerodromdan qalxdıqdan sonra toqquşub. Qəza zamanı hər iki helikopterin heyəti, o cümlədən ABŞ-ın 8 gənc əsgəri həlak olub.