Messiyə yeni rekord təklif gəldi
İngiltərənin “Mançester Siti” klubu “Barselona”nın ulduzu Lionel Messinin transferi üçün rekord məbləğ ödəməyə hazırdır. Sözügedən məbləğ isə 400 milyon avrodur.

Ölkə.Az xəbər verir ki, İngiltərə klubu mümkün transferlə bağlı bütün müvafiq sənədləri hazırlayıb. Messinin “Barselona” ilə müqaviləsi 2018-ci ilin yayında bitir.