Neftçalanın Qaçaqkənd sakini, çobanlıq edərkən etdiyi ifalarla məşhurlaşan Pərvin Səfərov “O səs Türkiyə” musiqi yarışmasına qatılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Pərvin yarışmada “Nazəndə sevgilim” mahnısını ifa edib.

Onun ifasını bəyən jürilərdən Hakan, Hadisə və Murad Boz onu komandasında görmək istəyib. Verilişin aparıcısı Acun Ilıcalı isə Pərvin haqqında məlumat verib və onu məşhurlaşdıran videonu da ekranda nümayiş etdirib.

Azərbaycanlı iştirakçı seçimini edərək Murad Bozun komandasına daxil olub.