Türkiyəli məşhur aktyoru Şahan Gökbakarın “Recep İvedik5” komediyasında azərbaycanlı idmançı ilə bağlı yaşanan qalmaqaldan sonra yeni bir məsələ izləyicilərin diqqətini çəkib.

BiG.AZ xəbər verir ki, bu dəfə türkiyəli aktyor Şahan Gökbakarı Ermənistanın bayrağını filmində canlandırdığı üçün sərt ittiham ediblər. İzləyicilər onun sosial şəbəkədəki hesablarına çoxsaylı rəylər yazaraq öz iradlarını bildirsələr də məsələ ilə bağlı aktyordan heç bir cavab gəlməyib. Sözügedən görüntüləri sizə təqdim edirik.