Rusiyanın “Rossiya 24” kanalında Azərbaycan məhsullarına dair reklam çarxlarının yayımına başlanılıb

Axar.az xəbər verir ki, “Made in Azerbaijan” brendinin təşviqinə dair hazırlanmış bu reklam çarxları yerli məhsulların xarici ölkələrin ictimai yerlərində və beynəlxalq kütləvi informasiya vasitələrində təbliği məqsədi daşıyır. Reklam çarxlarının yayımı noyabrın 30-dək davam edəcək.

Reklam çarxlarının hazırlanması üçün bu ilin yay aylarında müvafiq çəkiliş qrupu Azərbaycan regionlarında yerləşən meyvə bağlarında və emal müəssisələrində çəkilişlər aparıblar.

Xatırladaq ki, reklam çarxlarının hazırlanması və ekranlaşdırılması dövlət büdcəsi hesabına maliyyələşdirilib. Digər rəqabətqabiliyyətli Azərbaycan məhsullarına dair də reklam çarxlarının hazırlanması və xarici ölkələrin müxtəlif nüfuzlu telekanallarında yerləşdirilməsi nəzərdə tutulur.