“Azad Azərbaycan” müstəqil Teleradio Kompaniyasında (ATV) vitse-prezident təyinatı baş tutub.
AzEuroNews.com axsam.az-a istinadən xəbər verir ki, bu yerə bir neçə gün öncə “ARB Kəpəz”dəki vəzifəsindən uzaqlaşdırılan Fuad Cabbarov gətirilib. Bildirilir ki, F.Cabbarov artıq bu gündən işinin icrasına başlayıb.
Qeyd edək ki, ATV-də rəhbərliyin dəyişilməsindən sonra  kanaldakı digər vitse-prezident vəzifəsini  Vaqif Aydınoğlu icra edir.