Bu ilin ilk yarısında “Aqrolizinq” ASC kənd təsərrüfatı istehsalçılarına güzəştli şərtlərlə 22,5 mln. manatlıq mal satıb. Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

aqrolizin-2Məlumata görə, söhbət 296 ədəd müxtəlif növ traktor, 121 ədəd taxılyığan kombayn, 106 ədəd kotan, 31 ədəd ot dırmığı, 19 ədəd bağarası frez, 13 ədəd ot və küləş presləyən maşın, 8 ədəd otbiçən və 141 ədəd digər kənd təsərrüfatı maşın və avadanlıqlarından gedir.

Xatırladaq ki, “Aqrolizinq” 2004-cü ildə yaradılıb, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 194 519 540 manatdır. Səhmlər 100% dövlətə məxsusdur.