“3 Adam” verilişi yayımdan qaldırılan aktyor Eser Yenenlərə TV 8-in sahibi, aparıcı-prodüser Acun İlıcalıdan ikinci zərbə vurulub.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, eyni zamanda “Yetenek sizsiniz Türkiye” yarışmasında münsiflik edən Eser bu mövsümdən həmin yarışmadan da uzaqlaşdırılıb.

Sadəcə müğənni-aktrisa Hülya Avşarı münsif kimi saxlayan Acun müsabiqənin budəfəki buraxılışına köhnə heyətlə başlayacaq. Beləliklə, “Yetenek sizsiniz” yola Acun, Hülya və Ali Taranla davam edəcək.