Ötən gün ABŞ prezidenti Donald Trampın 25 il öncə boşandığı ilk həyat yoldaşı İvana Trampın “mən olmasaydım, Tramp indiki kimi nüfuz sahibi ola bilməzdi” sözləri medianı bir-birinə qatmışdı.

Publika.az xəbər verir ki, ABŞ-ın birinci xanımı Melaniya Trampın cavabı da özünü çox gözlətməyib. M.Trampın sözlərinə görə, keçmiş ərindən hələ də nəyisə gözləmək acizlikdir:

“Keçmiş keçmişdə qalıb, bunun heç bir əhəmiyyəti yoxdur. Təəssüf ki, o qadın sadəcə diqqət çəkmək üçün belə danışıb”.

Xatırladaq ki, İvana Tramp “Raising Trump” adlı kitabının təqdimatında qalmaqallı açıqlama verib. O deyib ki, Ağ Evə istədiyi vaxt birbaşa zəng edə bilər:

“Lakin Melaniya orda olduğu üçün bunu etmirəm. Qısqanclıq yaratmaq məqsədim yoxdur. Amma Donald Trampın ilk həyat yoldaşı mənəm. Belə olan halda mən həm də “first lady” hesab olunuram”