Üçüncü dəfə ana olmağa hazırlaşan Kembric hersoginyası Keyt Middlton hamiləlik xəbərlərindən sonra ilk dəfə üzə çıxıb.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, 33 yaşlı hersoginya şahzadə əri Uilyam, qaynı Harri ilə birlikdə Bukinqham sarayında psixoloqlar üçün təşkil edilmiş tədbirə qatılıb. Hər zmana olduğu kimi, bu dəfə də şıq görünüşü ilə diqqət çəkən Keytin əhvalının yüksək olduğu görülüb.

Xatırladaq ki, digər hamiləliklərində olduğu kimi yüksək toksikozdan əziyyət çəkən Middlton oğlu Corcun bilik günündə onun yanında ola bilməmişdi.

showpic_el100 (1) showpic_el100 (2) showpic_el100 (3) showpic_el100 (4) showpic_el100