Fərhad Çağtürk/ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Almaniyanın məşhur “Netto” endirimli marketlər şəbəkəsinin eynisini Bakıda açıb. AzEuroNews.com-un məlumatına görə, əsasən Almaniyadan gətirilən malların satıldığı market V.Talıbovun faktiki sahib olduğu “Cahan Holding” tərəfindən işlədilir.

Paytaxtdakı “20 Yanvar” metro stansiyasının yaxınlığında fəaliyyət göstərən “Netto” marketin logosu da Almaniyadakı ilə eynidir.

Bakıda fəaliyyət göstərən "Netto" market
Bakıda fəaliyyət göstərən “Netto” market

Nəzarət Seymur Talıbovdadır…

Seymur Talıbov (solda) qardaşı Rza Talıbovla
Seymur Talıbov (solda) qardaşı Rza Talıbovla
"Cahan Holding"in prezidenti Vüqar Abbasov
“Cahan Holding”in prezidenti Vüqar Abbasov

Bakıdakı “Netto”ya nəzarəti isə, “Cahan Holding”in idarə heyətində rəsmi təmsil olunmayan ancaq holdinqdə böyük söz sahibi olan Vasif Talıbovun kiçik oğlu Seymur Talıbov edir. Ona bu işdə “Cahan Holding”in prezidenti Vüqar Abbasov kömək edir.

Bakıda fəaliyyət göstərən "Netto" market
Bakıda fəaliyyət göstərən “Netto” market
"Cahan Holdin"in Türkiyə nümayəndəliyinin rəhbəri Ənvər Əhmədov
“Cahan Holdin”in Türkiyə nümayəndəliyinin rəhbəri Ənvər Əhmədov

Sözügedən holdinq alman məhsullarını əvvəlcə Türkiyəyə gətirir. Burada “Cahan”nın bazasında çeşidlənən mallar daha sonra Naxçıvana, sonra da İrandan keçməklə Bakıya gətirilir. Almaniyadan gətirilən malların Türkiyədə çeşidlənməsinə isə, “Cahan Holdin”in Türkiyə nümayəndəliyinin rəhbəri Ənvər Əhmədov nəzarət edir.

“Bizim Bakıda filialımız yoxdur…”

AzEuroNews.com-un sorğusuna Almaniyada fəaliyyət göstərən “Netto”nun  “facebook” səhifəsindən cavab verilərək yazılıb ki, Bakıdakı “Netto”nun onlara heç bir aidiyyatı yoxdur.

Almaniyada "Netto"
Almaniyada “Netto”
Almaniyadakı "Netto"nun sorğumuza cavabı
Almaniyadakı “Netto”nun sorğumuza cavabı

Mövzu ilə bağlı “Cahan Holding”lə əlaqə saxlasaq da, suallarımıza cavab verən olmadı. Qarşı tərəfin də mövqeyini öyrənib dərc etməyə hazırıq.