Suriya ordusu Məyadin şəhərini İŞİD terror qruplaşmasından azad edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor İroq Konaşenko bildirib.

Məyadin Suriyanın şərqində İŞİD-in nəzarətində olan böyük şəhərlərdən biri idi.

General-mayor Suriya ordusunun Rusiya Hərbi Hava Qüvvələrinin dəstəyi ilə hücumlara davam etdiyini bildirib.