Qırğızıstanda prezident seçkilərinin qalibi Sosial-Demokratlar partiyasından namizədliyini irəli sürən Sooronbay Jeenbekov olub.

“Qafqazinfo” Qırğızıstan KİV-nə istinadən xəbər verir ki, o, səslərin 54,81 faizini toplaya bilib.

MDB Müşahidə Missiyasının rəhbəri Sergey Lebedev isə bildirib ki, seçki alternativ əsasda, azad, açıq və şəffaf keçirilib.

[youtube https://www.youtube.com/watch?v=RE9dBSQ6JkI]